​"Azsığorta" AİF-in əməkdaşlarını sığortalayacaq

​"Azsığorta" AİF-in əməkdaşlarını sığortalayacaq Artıq AİF ilə şirkət arasında müqavilə imzalanıb
Maliyyə
19 May , 2015 11:59
​Azsığorta AİF-in əməkdaşlarını sığortalayacaq

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan İpoteka Fondunun (AİF) əməkdaşlarının tibbi sığortalanması ilə bağlı keçirilmiş təkliflər sorğusunun qalibi “Azsığorta” şirkəti olub. Bu barədə "Report"a AİF-in Satınalmalar Komissiyasından məlumat verilib.

Məlumata görə, satınalmanın qalibi olaraq “Azsığorta” ASC seçilib. Sığorta şirkəti ilə Fond arasında artıq müvafiq satınalma müqaviləsi bağlanıb.

Xatırladaq ki, AİF bu tenderi fevral ayında elan edib.

Son xəbərlər

Orphus sistemi