“AzRe Təkrarsığorta” səhmdarlarına divident ödəyəcək

“AzRe Təkrarsığorta” səhmdarlarına divident ödəyəcək Şirkət səhmdarlarının növbədənkənar ümumi yığıncağı fevralın 24-də keçiriləcək
Maliyyə
25 Yanvar , 2017 08:07
“AzRe Təkrarsığorta” səhmdarlarına divident ödəyəcək

Bakı. 25 yanvar. REPORT.AZ/ “AzRe Təkrarsığorta” ASC-nin səhmdarlarının fevralın 13-də keçirilməsi planlaşdırılıan növbədənkənar ümumi yığıncağının vaxtı 24 fevral tarixinə dəyişdirilib.

"Report" xəbər verir ki, yığıncaq həmin gün saat 10:00-da, şirkətin Bakı şəhəri, Abbasqulu ağa Bakıxanov küçəsi, 6 ünvanındakı “Bridge Plaza”nın 8-ci mərtəbəsində yerləşən ofisində keçiriləcək.

Yığıncağın gündəliyinə 1 yanvar 2016-cı il tarixinə Cəmiyyətin xalis mənfəəti hesabına onun səhmlərinin nominal dəyərinin artırılması yolu ilə nizamnamə kapitalının artırılması və hər səhminin nominal dəyərinin müəyyən edilməsi, səhmdarların nizamnamə kapitalında payının müəyyən edilməsi, Cəmiyyətin aidiyyəti şəxsləri ilə əqdlərin bağlanması barədə qərarın qəbul edilməsi səlahiyyətinin İdarə Heyətinə həvalə olunması daxildir. İclasın gündəliyində, həmçinin nizamnamə kapitalının artırılması və aidiyyəti şəxslərlə bağlı nizamnaməyə dəyişikliklər barədə sənədin təsdiq edilməsi, nizamnamə kapitalının artırılmasının dövlət qeydiyyatı ilə əlaqədar bütün tələb olunan sənədlərin, o cümlədən müraciət ərizələrinin imzalanması və müvafiq dövlət orqanlarına təqdim olunması, alınması və Cəmiyyətin rəhbərliyinə təhvil verilməsi üçün üçün səlahiyyətli nümayəndənin təyin edilməsi, Cəmiyyətin rəhbər işçiləri ilə əmək müqaviləsinin imzalanması, 2016-cı ilin yekun maliyyə hesabatlarının təsdiq olunması, Cəmiyyətin bölüşdürülməmiş mənfəəti hesabına səhmdarlara dividendlərin verilməsi məsələləri də var.

"AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 40 mln. manatdır. Şirkətin səhmləri 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100%-lik, "Qala Həyat Sığorta" ASC-nin isə 88,57%-lik səhmdarıdır.

Son xəbərlər

Orphus sistemi