"AzRe Təkrarsığorta": Seçilmiş müştərilər və brokerlərlə əməkdaşlığı genişləndirəcəyik

"AzRe Təkrarsığorta": Seçilmiş müştərilər və brokerlərlə əməkdaşlığı genişləndirəcəyik Şirkətin İdarə Heyətinin sədri təkrarsığorta bazarı ilə bağlı planlarını açıqlayıb
Maliyyə
24 Oktyabr , 2016 11:25
AzRe Təkrarsığorta: Seçilmiş müştərilər və brokerlərlə əməkdaşlığı genişləndirəcəyik

Bakı. 24 oktyabr. REPORT.AZ/ “AzRe Təkrarsığorta” ASC ümumi həcmi 85 mln. dollardan çox aktivləri ilə Azərbaycanın təkrar sığorta bazarının 40%-nə nəzarət edir. “Report” xəbər verir ki, bunu Almaniyanın Baden-Baden şəhərində keçirilən ənənəvi illik beynəlxalq sığorta forumu çərçivəsində “Intelligentinsurer” nəşrinə müsahibə verən Şirkətin İdarə Heyətinin sədri Fuad Quliyev deyib.

Onun sözlərinə görə, son illər Azərbaycan iqtisadiyyatında neftin ucuzlaşması, milli valyutanın dəyərdən düşməsi ilə bağlı baş verən proseslər yerli təkrarsığorta bazarının kiçilməsinə səbəb olub: "Hazırda bazarda aktivlik zəifdir, lakin potensial böyükdür”.

“AzRe” rəhbəri gözləntilərini də açıqlayıb: “Həmişəki kimi, seçilmiş müştərilərlə və brokerlərlə əməkdaşlığı genişləndirmək istəyirik. Anlayırıq ki, biznes maraqlarımız yaxın ölkələrin bazarlarında da təmin oluna bilər. Sığorta risklərini ən yüksək faiz dərəcəsi ilə qəbul etməyə çalışırıq. Şirkətimizin əldə etdiyi nəticələrdən görünür ki, ən üstün mövqedəyik”.

Son xəbərlər

Orphus sistemi