Yuxarı

"AzRe Təkrarsığorta"nın kredit reytinqi təsdiqlənib

"AzRe Təkrarsığorta"nın kredit reytinqi təsdiqlənib

AzRe 2015-ci ildə Azərbaycanın təkrarsığorta bazarında 38% paya malik olub

Bakı. 22 oktyabr. REPORT.AZ/ “A.M. Best” Qlobal Sığorta Kredit Reytinqi və İnformasiya Xidməti “AzRe Təkrarsığorta” ASC-nin reytinqini təsdiq edib. “Report” xəbər verir ki, Azərbaycanın sığorta şirkətinin Maliyyə Dayanıqlığı Reytinqini (Financial Strength Rating) “B+” olaraq müəyyən edib.

Məlumata görə, “AzRe”nin Uzunmüddətli Kredit Reytinqi (Long-Term Issuer Credit Rating) isə “bbb-“ müəyyən edilib. ASC-nin kredit reytinqinin proqnozu isə "stabil" olaraq saxlanılıb.

Bu, “AzRe”nin yüksək riski tənzimləyən kapitalını, güclü əməliyyat performansını və möhkəm daxili biznes profilini əks etdirir: "AzRe"nin ardıcıl güclü anderraytinq və investisiya kapitalına malik olması onun son 5 ildə balansının müsbət saldosunun 22,6% artmasını əks etdirir. Riski tənzimləyən kapitallaşma isə onun güclü qalması və yaxşı daxili kapital generasiyası ilə dəstəkləndiyini göstərir”.

Açıqlamada deyilir ki, “AzRe” 2015-ci ildə Azərbaycanın təkrarsığorta bazarının 38%-ni əhatə edib: “İqtisadiyyatda baş verən geriləmələr nəticəsində sığorta tələblərinin azalması 2015-ci ildə "AzRe“nin sığorta bazarında 1,4% geriləməsinə gətirib çıxarıb”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi