"AzRe Təkrarsığorta" kapitalını artırıb

"AzRe Təkrarsığorta" kapitalını artırıb Bu, səhmlərin nominal dəyərinin artırılması hesabına baş tutub
Maliyyə
15 Noyabr , 2016 10:14
AzRe Təkrarsığorta kapitalını artırıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanda təkrarsığorta ilə məşğul olan yeganə şirkət "AzRe Təkrarsığorta" ASC nizamnamə kapitalını 10 mln. manat artıraraq 50 mln. manata çatdırıb. Bu barədə "Report" şirkətə istinadən xəbər verir.

Məlumata görə, kapital artımı "AzRe Təkrarsığorta"nın dövriyyədə olan 2 min səhminin nominal dəyərinin 20 min manatdan 25 min manata çatdırılması hesabına baş tutub.

Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb. Onun səhmləri 6 fiziki şəxsə məxsusdur. Şirkət "Qala Sığorta" ASC-nin 100%-lik, "Qala Həyat Sığorta" ASC-nin isə 88,57%-lik səhmdarıdır. 

Son xəbərlər

Orphus sistemi