​"Azre Təkrarsığorta": Azərbaycanda yerli təkrarsığortaya maraq artır

​"Azre Təkrarsığorta": Azərbaycanda yerli təkrarsığortaya maraq artır Şirkət anderraytinq və investisiya portfelini daxilolmaların valyutasına uyğunlaşdırır
Maliyyə
30 İyun , 2016 11:40
​Azre Təkrarsığorta: Azərbaycanda yerli təkrarsığortaya maraq artır

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycanın sığorta şirkətləri üzərinə götürdüyü risklərin təxminən 50%-ni təkrar sığorta məqsədi ilə "AzRe Təkrarsığorta" şirkətinə ötürür. Bunu "Report"a açıqlamasında "AzRe Təkrarsığorta" ASC-nin İdarə Heyətinin sədr müavini Vüsal Abbasov deyib.

Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq hazırda yerli sığortaçılar "A" reytinqli təkrarsığorta şirkətləri ("AzRe Təkrarsığorta" daxil olmaqla), eləcə də təkrarsığorta lisenziyasına malik yerli sığorta şirkətləri ilə işləməyə üstünlük verir: "Məsələn, Rusiya şirkətlərinin bizim təkrar sığorta bazarında payı getdikcə azalır və hazırda 3-4%-dir. Təkrar sığorta portfelinin Türkiyə şirkətlərinə yönəldilən hissəsi isə 0,5%-dən də azdır. 7-8 il əvvəl "A" reytinqli şirkətlər Azərbaycan bazarında elə də aktiv deyildi, indi vəziyyət dəyişib".

V.Abbasov "Azre Təkrarsığorta"nın investisiya portfeli barədə də məlumat verib: "Təkrarsığorta ehtiyatlarımızı likvid aktivlərə yönəldirik. Bunların bir qismi Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarıdır. Həmçinin, təhlükəsiz hesab etdiyimiz banklarda depozitlər yerləşdiririk. Təbii ki, dollarla qəbul etdiyimiz risklərdən daxilolmaları dollarla, manatla qəbul etdiyimiz risklərdən daxilolmaları isə manatla depozitə qoyuruq. Bununla da, anderraytinq və investisiya portfelimizi uyğunlaşdırırıq".

Son xəbərlər

Orphus sistemi