"AzRe Təkrarsığorta" ASC-nin reytinqi təsdiqlənib

"AzRe Təkrarsığorta" ASC-nin reytinqi təsdiqlənib Reytinqlər üzrə proqnoz isə "stabil" olub
Maliyyə
5 Dekabr , 2016 10:43
AzRe Təkrarsığorta ASC-nin reytinqi təsdiqlənib

Bakı. 5 dekabr. REPORT.AZ/ "AM Best" beynəlxalq reytinq agentliyi Azərbaycanın "AzRe Təkrarsığorta” ASC-nin reytinqini təsdiq edib. "Report"un "AM Best"in rəsmi veb-saytına istinadən verdiyi xəbərə görə, Şirkətin maliyyə sabitliyi "B+", kredit reytinqi isə "BBB-" səviyyəsində təsdiqlənib. Hər iki reytinq üzrə proqnozun "stabil" olduğu qeyd edilir.

"AzRe Təklrarsığorta" ASC-nin maliyyə sabitliyi reytinqinin "B+" və kredit reytinqinin "BBB-" səviyyəsində təsdiq edilməsi şirkətin cari maliyyə öhdəliklərini təmin etmək üçün imkanlarının yaxşı olmasından xəbər verir. 

Son xəbərlər

Orphus sistemi