Yuxarı
    Bağlamaq

    "Azneft" İstehsalat Birliyində "Ernst & Young" tərəfindən təlim keçirilib

    Təlim maliyyə uçotu, xərclərin idarə edilməsi və fəaliyyətin səmərəliliyinin idarə edilməsinə həsr olunub

    Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin rəhbər və aparıcı mütəxəssisləri üçün "Maliyyə uçotu, təhlil, budcə və xərclərin idarə edilməsi" və "Fəaliyyətin səmərəliliyinin idarə edilməsi" mövzularında təlim-seminarlar keçirilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib. Təlimlər "Ernst & Young" şirkətinin Moskva Biznes Akademiyasından dəvət olunmuş Amerika Maliyyə İdarəetməsi Akademiyasının üzvü, təlimçi-məsləhətçi Viktor Şitulin və korporativ idarəetmə sahəsində geniş təcrübəyə sahib baş təlimçi-məsləhətçi Tatyana Vasilyeva tərəfindən keçirilib. Təlimlərdə iştirakçılara maliyyə, idarəetmə və vergi uçotunun aparılması qaydaları, əsas maliyyə-iqtisadi hesabatların hazırlanması və təhlili, büdcə, strategiya və onun effektivliyi, səmərəliliyin əsas göstəricilərinin tərtib edilməsi və onlara nəzarət, biznes proseslərin təhlili, səriştələrin idarə edilməsi, maya dəyərinin proseslər üzrə hesablanması, idarə edilməsi və gəlirin artırılması yolları barədə məlumat verilib, praktiki problemlər müzakirə edilib. Təlimlərin sonunda 12 iştirakçıya "Ernst & Young" şirkətinin sertifikatları təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi