Bugünkü valyuta hərracında tələb təklifi 3 dəfə üstələyib - YENİLƏNİB

Bugünkü valyuta hərracında tələb təklifi 3 dəfə üstələyib - YENİLƏNİB "Report": Martın 9-da rəsmi məzənnə 1,6180 AZN/USD-yə çata bilər
Maliyyə
4 Mart , 2016 13:57
Bugünkü valyuta hərracında tələb təklifi 3 dəfə üstələyib - YENİLƏNİB

İlk xəbər saat 12:39-da verilib

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) vasitəsilə bu gün keçirilən növbəti valyuta hərracında Dövlət Neft Fondunun satışa çıxardığı valyuta kütləsinin həcmi 100 mln. dollar təşkil edib, halbuki hərracda iştirak edən kommersiya banklarının faktiki tələbatı bundan təxminən 3 dəfə çox olub və təxminən 290 mln. dollar təşkil edib. 

"Report" xəbər verir ki, bu səbəbdən martın 7-nə ölkədə rəsmi məzənnənin bu günə nisbətən 0,5% artaraq 1,6099 AZN/USD olması ehtimal edilir. 

Qeyd edək ki, belə olaracağı təqdirdə, Azərbaycanda dolların rəsmi məzənnəsi tarixi rekordunu yeniləyəcək. Belə ki, indiyədək dolların maksimal məzənnəsi yanvarın 25-də qeydə alınıb və 1,6054 AZN/USD olub. Yeni rekordun isə bundan 0,28% artıq olacağı gözlənilir.

"Report"un analitik qrupu hesab edir ki, martın 7-də növbəti valyuta hərracının baş tutacağı gözlənilir və hər hansı dəyişiklik baş verməsə, artıq martın 9-da rəsmi məzənnənin 1,6180 AZN/USD-yə çatacağı proqnozlaşdırılır.

***

Qeyd edək ki, bugünkü valyuta hərracında alıcı qismində 26 kommersiya bankı iştirak edib.

Son xəbərlər

Orphus sistemi