“Azmikroinvest” BOKT-un aktivləri 4% azalıb

“Azmikroinvest” BOKT-un aktivləri 4% azalıb Bakı. 6 mart. REPORT.AZ/ “Azmikroinvest” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 4% azalaraq bu il yanvarın 1-nə 1,73 mln. manat təşkil edib.
Maliyyə
6 Mart , 2019 12:13
“Azmikroinvest” BOKT-un aktivləri 4% azalıb

Bakı. 6 mart. REPORT.AZ/ “Azmikroinvest” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 4% azalaraq bu il yanvarın 1-nə 1,73 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azmikroinvest"in müştərilərə verdiyi xalis kreditlər 5,6% artaraq 1,566 mln. manata çatıb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 29,4% azalaraq 573 min manat, cəmi kapitalı isə 17% artaraq 1,157 mln. manat, o cümlədən nizamnamə kapitalı 10% artaraq 1,1 mln. manat olub.

“Azmikroinvest” 2018-ci ili 45 min manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə təxminən 43% azdır.

Son xəbərlər

Orphus sistemi