“Azmikroinvest” aktivlərini 62% artırıb

“Azmikroinvest” aktivlərini 62% artırıb Bakı. 6 iyun. REPORT.AZ/ “Azmikroinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 2,102 mln. manat təşkil edib.“...
Maliyyə
6 İyun , 2017 10:53
“Azmikroinvest” aktivlərini 62% artırıb

Bakı. 6 iyun. REPORT.AZ/ “Azmikroinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 2,102 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 61,8% çoxdur.

“Azmikroinvest”in aktivlərinin 90,8%-ni və yaxud 1,908 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə BOKT-un kredit portfeli 56,3% böyüyüb.

2016-cı ildə “Azmikroinvest”in cəmi öhdəlikləri 4,8 dəfə artaraq 1,105 mln. manata, o cümlədən banklara və digər maliyyə institutlarına olan borcları 5,5 dəfə artaraq 1,101 mln. manata çatıb. Əvəzində BOKT-un cəmi kapitalı 6,65% azalaraq 997 min manata düşüb.

2016-cı ildə “Azmikroinvest”in faiz gəlirləri 302 min manat (2015-ci ilə nisbətən təxminən 12% çox), faiz xərcləri isə 22 min manat (təxminən 15% çox), qeyri-faiz gəlirləri 22 min manat (təxminən 3 dəfə çox), qeyri-faiz xərcləri isə 161 min manat (49,1% çox) təşkil edib. Son nəticədə ötən il BOKT-un xalis əməliyyat mənfəəti 140 min manat olub. Bu isə əvvəlki illə müqayisədə 6% azdır.

2016-cı ildə “Azmikroinvest” kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat yaradılmasına 2015-ci ilə nisbətən 33,8 çox – 53 min manat ayırıb, 29 min manat isə mənfəət vergisi (təxminən 17% çox) ödəyib. Bununla da, BOKT ötən ili 57 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 31,4% azdır.

Xatırladaq ki, “Azmikroinvest” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mln. manatdır. BOKT-un təsisçiləri hər biri 50%-lik payla Elsevər Elçin oğlu Alıyev və İlqar Müşviq oğlu Əhmədzadədir. 

Son xəbərlər

Orphus sistemi