Yuxarı

​AZIPS sistemi üzərindən ödənişlər 2% artıb

AZIPS sistemi ilə aparılan ödəniş əməliyyatlarının sayı azalsa da, bir ödənişin orta məbləği artıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanın AZIPS (Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar) sistemi ilə 2014-cü ilin noyabr ayında aparılan ödənişlərin ümumi həcmi 8,254 mlrd. manat təşkil edib. "Report"un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, bu, əvvəlki ayla müqayisədə 1,61% çox, illik müqayisədə isə 3,44% azdır.

Hesabata əsasən, noyabrda AZIPS ilə 42 min ödəniş əməliyyatı həyata keçirilib. Beləliklə, noyabrda ödənişlərin sayı oktyabr ayı ilə müqayisədə 4,54%, 2013-cü ilin eyni dövrü ilə müqayisədə isə 6,67% azalıb.

Noyabr ayında bir ödənişin orta məbləği 196,5 min manat təşkil edib. Bu, əvvəlki ayla müqayisədə 6,45%, 2013-cü ilin noyabrına nisbətən isə 3,42% çoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi