“Azfinance” investisiya şirkəti ötən ili mənfəətlə başa vurub

“Azfinance” investisiya şirkəti ötən ili mənfəətlə başa vurub Bakı. 13 iyun. REPORT.AZ/ “Azfinance İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 49,831 mln. manat təşkil edib.
Maliyyə
13 İyun , 2018 17:11
“Azfinance” investisiya şirkəti ötən ili mənfəətlə başa vurub

Bakı. 13 iyun. REPORT.AZ/ “Azfinance İnvestisiya Şirkəti” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 49,831 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,2 dəfə çoxdur.

2017-ci ildə “Azfinance”nin cəmi öhdəlikləri 2,3 dəfə artaraq 48,816 mln. manata, cəmi kapitalı isə 11,3% artaraq 1,015 mln. manata çatıb.

Ötən il investisiya şirkətinin əsas gəlirləri 2,208 mln. manat (əvvəlki ilə nisbətən 2,8 dəfə çox), əsas xərcləri 2,385 mln. manat (68,9% çox), digər gəlirləri 317 min manat (31,8% az) təşkil edib. Son nəticədə maliyyə qurumunun vergiyəqədərki mənfəəti 140 min manat olub (əvvəlki il vergiqədərki zərər olub).

2017-ci ildə “Azfinance” 36 min manat mənfəət vergisi ödəyib və ili 103 min manat xalis mənfəətlə başa vurub. Halbuki investisiya şirkəti 2016-cı ildən 162 min manat xalis zərərlə çıxmışdı. 

Son xəbərlər

Orphus sistemi