Yuxarı
    Bağlamaq

    "Azərbaycan Dəmir Yolları"nın reytinqi aşağı salınıb

    Reytinqin daha iki pillə azaldılması mümkündür

    Bakı. 14 dekabr. REPORT.AZ/ "Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi "Azərbaycan Dəmir Yollları" QSC-nin kredit reytinqini "BB+" səviyyəsindən "BB-" səviyyəsinə endirib. Agentlik bu qərarını "Azərbaycan Dəmir Yolları"nın noyabr ayında olan borc ödənişini 3 gün gecikdirməsi ilə əlaqələndirib.

    "Report" xəbər verir ki, gecikdirilməyə səbəb kimi isə Azərbaycan Maliyyə Nazirliyinin quruma ayrılan maliyyə vəsaitinin gec təsdiq etməsi göstərilib. Bununla da, Agentlik "Azərbaycan Dəmir Yolları"  ilə Azərbaycan hökuməti arasındakı əlaqəni "çox güclü" səviyyəsindən "güclü" səviyyəsinə endirib. 

    "S&P", həmçinin qurumun müstəqil kredit reytinqini "bb-" səviyyəsindən "b-" səviyyəsinə endirib və " daha az adekvat" kimi qiymətləndirib. Bununla yanaşı, kredit reytinqi proqnozunun monitorinqini "neqativ" qiymətləndirilib. Bu onu göstərir ki, "Azərbaycan Dəmir Yolları"nın Nazirlər Kabinetinin nəzarətinə keçirilməsi nəticəsində dövlət nəzarətinin azalacağı təqdirdə kredit reytinqinin daha iki pillə azaldılması mümkündür. Bunun qiymətləndirilməsi isə 90 gün davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi