"Azersun Holding" IPO-ya hazırlaşır

"Azersun Holding" IPO-ya hazırlaşır Bunu Holdinqin prezidenti Abdulbari Goozal deyib
Maliyyə
7 Oktyabr , 2016 14:04
Azersun Holding IPO-ya hazırlaşır

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Azersun Holding" səhmlərinin IPO yerləşdirilməsini həyata keçirmək fikrindədir. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azersun Holding"in prezidenti Abdulbari Goozal deyib.

Onun sözlərinə görə, ilk IPO şəkər zavodunun səhmləri üzrə həyata keçiriləcək: "Mən hökumətə təklif etdim ki, mənim səhmdarlarımı qoruyun və ilk olaraq şəkər zavodu, sonra isə digər şirkətlərlə yerli və dünya bazarında IPO edək. Təxminən səhmlərin 40-50%-ni IPO-ya cəlb edə bilərik".

Son xəbərlər

Orphus sistemi