Yuxarı
    Bağlamaq

    “Azərsu” Asiya İnkişaf Bankından 75 mln. dollar vəsait cəlb edib

    600 mln. dollarlıq kreditin ilk 3 tranşı Göyçay, Ağdaş və Beyləqanın su şəbəkəsinin qurulması üçün ayrılıb

    Bakı. 12 sentyabr. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) “Azərsu” ASC-yə 75 mln. ABŞ dolları dəyərində kredit ayırıb.

    ADB-dən “Report”a verilən məlumata görə, bu, “Azərsu”ya “Su Təchizatı və Kanalizasiyaya İnvestisiya Proqramı” çərçivəsində ayrılan vəsaitin sonuncu - 4-cü tranşıdır.

    Ümumilikdə 600 mln. dollar həcmində olan kreditin ilk 3 tranşı Göyçay, Ağdaş və Beyləqanın su şəbəkəsinin qurulması üçün ayrılıb.

    Məlumata görə, sonuncu 75 mln. dollarlıq kredit də Ağdaş və Beyləqan rayonlarında içməli su təchizatının yaxşılaşdırılması və çirkab sularının təmizlənməsi mərkəzinin inşası üçün xərclənəcək.

    Qeyd edək ki, “Azərsu” ADB-dən birinci tranş üzrə 75 mln. dollar, ikinci tranş üzrə 300 mln. dollar və 3-cü tranş üzrə isə 150 mln. dollar vəsait cəlb edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi