“Azərsığorta”nın yığımları cüzi azalıb

“Azərsığorta”nın yığımları cüzi azalıb Hesabat dövründə şirkətin ödənişləri isə artıb
Maliyyə
12 Yanvar , 2017 16:23
“Azərsığorta”nın yığımları cüzi azalıb

Bakı. 12 yanvar. REPORT.AZ/ “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin yığımları 2016-cı ildə 41 224 916 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, 2015-ci illə müqayisədə 0,39% azdır.

Hesabat dövründə “Azərsığorta”nın ödənişləri isə artıb. Belə ki, Şirkət il ərzində 16 166 169 manat ödəniş edib. Bu isə əvvəlki ilə nisbətən 22,8% çoxdur.

Ötən il "Azərsığorta" topladığı hər 100 manat sığorta haqqının 39,21 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ildə 31,81% olub.

Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir.

Son xəbərlər

Orphus sistemi