"Azərsığorta"nın yığımları 40% artıb

"Azərsığorta"nın yığımları 40% artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
24 Avqust , 2016 16:20
Azərsığortanın yığımları 40% artıb

Bakı. 24 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkətinin yığımları 31 211 449 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,3% çoxdur.

Hesabat dövründə "Azərsığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 7 ay ərzində 10 393 468 manat ödəniş edib və bu, illik müqayisədə 42,96% çoxdur.

Cari ilin yanvar-iyul aylarında "Azərsığorta" topladığı hər 100 manat sığorta haqqına görə 30,38 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyulunda 29,6% olub.

Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, yeganə sığorta şirkətidir ki, ölkənin bütün şəhər və rayonlarında təmsil olunub.

Son xəbərlər

Orphus sistemi