"Azərsığorta"nın yığımları 4% artıb

"Azərsığorta"nın yığımları 4% artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
15 Noyabr , 2016 15:23
Azərsığortanın yığımları 4% artıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") yığımları 37 999 056 manat təşkil edib. 

Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,06% çoxdur.

Hesabat dövründə "Azərsığorta"nın ödənişləri də artıb. Belə ki, şirkət 10 ay ərzində 13 591 339 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 29,64% çoxdur.

"Azərsığorta" 2016-cı ilin yanvar-oktyabrında topladığı hər 100 manat sığorta haqqının 35,77 manatını müştərilərə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-oktyabrında 28,71% olub.

Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir.

Son xəbərlər

Orphus sistemi