“Azərsığorta”nın yığımları 3 dəfədən çox artıb

“Azərsığorta”nın yığımları 3 dəfədən çox artıb Bu ilin yanvarında “Azərsığorta” topladığl hər 100 manat sığorta haqqının 21,26 manatını müştərilərinə geri qaytarıb
Maliyyə
10 Fevral , 2017 14:36
“Azərsığorta”nın yığımları 3 dəfədən çox artıb

Bakı. 10 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) yığımları 3 201 232 manat təşkil edib. 

Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,09 dəfə çoxdur.

Hesabat dövründə “Azərsığorta”nın ödənişləri isə azalıb. Belə ki, Şirkət ay ərzində 680 648 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 10,73% azdır.

Bu ilin yanvarında “Azərsığorta” topladığl hər 100 manat sığorta haqqının 21,26 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar ayında 73,48% olub.

Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir.

Son xəbərlər

Orphus sistemi