"Azərsığorta"nın yığımları 27% artıb

"Azərsığorta"nın yığımları 27% artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
15 Sentyabr , 2016 10:58
Azərsığortanın yığımları 27% artıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkətinin yığımları 35 474 171 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,23% çoxdur.

Hesabat dövründə "Azərsığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 8 ay ərzində 11 713 851 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 41,69% çoxdur.

Cari ilin yanvar-avqust aylarında "Azərsığorta" topladığı hər 100 manat sığorta haqqının 47,86 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-avqustunda 29,65% olub.

Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb və yeganə sığorta şirkətidir ki, ölkənin bütün şəhər və rayonlarında təmsil olunub.

Son xəbərlər

Orphus sistemi