"Azərsığorta"nın mənfəəti azalıb

"Azərsığorta"nın mənfəəti azalıb Şirkətin aktivləri illik müqayisədə 22% artıb
Maliyyə
11 Aprel , 2016 11:35
Azərsığortanın mənfəəti azalıb

Bakı. 11 aprel. REPORT.AZ/ "Azərsığorta" ASC-nin aktivləri illik müqayisədə 21,7% artaraq cari il yanvarın 1-nə 36,255 mln. manata çatıb. "Report"un şirkətin hesabatına istinadən verdiyi xəbərə görə, hesabat dövründə nizamnamə kapitalı 6,7% artaraq 8 mln. manata yüksəlib. 

"Azərsığorta"nın ötən il üzrə gəlirləri 52,078 mln. manat, xərcləri 48,701 mln. manat təşkil edib. Beləliklə, şirkət 2015-ci ili 3,377 mln. manat mənfəətlə başa vurub. Bu da öz növbəsində illik müqayisədə mənfəətin 1,7% və ya 58,077 mln. manat azaldığını göstərir.

Son xəbərlər

Orphus sistemi