“Azərsığorta”nın fəaliyyəti məhdudlaşdırılıb - EKSKLÜZİV - YENİLƏNİB

“Azərsığorta”nın fəaliyyəti məhdudlaşdırılıb - EKSKLÜZİV - YENİLƏNİB İlk xəbər saat 11:30-da verilib
Maliyyə
17 May , 2019 11:42
“Azərsığorta”nın fəaliyyəti məhdudlaşdırılıb - EKSKLÜZİV - YENİLƏNİB

İlk xəbər saat 11:30-da verilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə Azərbaycan Dövlət Sığorta Şirkətinin (“Azərsığorta”) fəaliyyəti məhdudlaşdırılıb.

“Report”un əldə etdiyi məlumata görə, məhdudiyyət avtomobillərin icbari sığortası növünə tətbiq edilib.

Palatanın bununla bağlı bir qədər sonra rəsmi məlumat yayacağı gözlənilir. 

***

Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” üzrə bağladığı müqavilələrin Mülki Məcəlləyə, “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” qanunlara uyğun olmaması ilə şirkətə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə sözügedən sığorta növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə "Azərsığorta"ya sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi nöqsanlar aradan qaldırılana qədər məhdudlaşdırılıb. 

"Report" xəbər verir ki, bu barədə Palatanın açıqlamasında bildirilir. 

Son xəbərlər

Orphus sistemi