“Azərsığorta”nın departament direktoru işdən çıxıb

“Azərsığorta”nın departament direktoru işdən çıxıb Onun "Günay Sığorta"ya sədr təyin ediləcəyi gözlənilir
Maliyyə
3 Fevral , 2017 11:29
“Azərsığorta”nın departament direktoru işdən çıxıb

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) Beynəlxalq əlaqələr və təkrarsığorta Departamentinin direktoru Vüqar Babakişiyev işdən çıxıb.

Bu barədə “Report”a “Azərsığorta”dan bildirilib.

Məlumata görə, onun yerinə hələ ki, təyinat olmayıb.

V.Babakişiyevin “Günay Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə gətiriləcəyi gözlənilir.

Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir.

Son xəbərlər

Orphus sistemi