"Azərqarant Sığorta" ötən ay 97 manat ödəniş edib

"Azərqarant Sığorta" ötən ay 97 manat ödəniş edib Şirkət fəaliyyətinin 8 aylıq nəticələrini açıqlayıb
Maliyyə
16 Sentyabr , 2016 15:00
Azərqarant Sığorta ötən ay 97 manat ödəniş edib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında "Azərqarant Sığorta" ASC-nin yığımları 219 085 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,29% çoxdur.

Hesabat dövründə "Azərqarant Sığorta"nın ödənişləri isə azalıb. Belə ki, Şirkət 8 ay ərzində 753 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 53,63% azdır.

Xatırladaq ki, "Azərqarant Sığorta"nın yanvar-iyul ayları üzrə ödənişi 656 manat olub. Başqa sözlə, Şirkət avqust ayında 97 manat ödəniş edib və bu məbləğ könüllü tibbi sığorta üzrə ödənilib.

Cari ilin yanvar-avqust aylarında "Azərqarant Sığorta" topladığı hər 100 manat sığorta haqqının 0,34 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-avqustunda 1,17% olub.

Xatırladaq ki, "Azərqarant Sığorta" 1993-cü ildə yaradılmış "Şərqə Qapı Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamnamə kapitalı 5,61 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 561 manat olan 10 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% Oqtay Abbas oğlu Əliyevə (Direktorlar Şurasının sədri) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi