"Azərqarant Sığorta" ötən ay 235 manat ödəniş edib

"Azərqarant Sığorta" ötən ay 235 manat ödəniş edib Şirkət fəaliyyətinin 9 aylıq nəticələrini açıqlayıb
Maliyyə
10 Oktyabr , 2016 16:39
Azərqarant Sığorta ötən ay 235 manat ödəniş edib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında "Azərqarant Sığorta" ASC-nin yığımları 238 040 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,45% çoxdur.

Hesabat dövründə "Azərqarant Sığorta"nın ödənişləri isə azalıb. Belə ki, Şirkət 9 ay ərzində 988 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 41,47% azdır.

Xatırladaq ki, "Azərqarant Sığorta"nın yanvar-avqust ayları üzrə ödənişi 753 manat olub. Başqa sözlə, Şirkət sentyabr ayında 235 manat ödəniş edib və bu məbləğ könüllü tibbi sığorta üzrə ödənilib.

Cari ilin yanvar-sentyabr aylarında "Azərqarant Sığorta" topladığı hər 100 manat sığorta haqqının 0,42 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-sentyabrında 0,83% olub.

Xatırladaq ki, "Azərqarant Sığorta" 1993-cü ildə yaradılmış "Şərqə Qapı Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamnamə kapitalı 5,61 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 561 manat olan 10 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% Oqtay Abbas oğlu Əliyevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi