"Azərqarant Sığorta"nın yığımları 53% artıb

"Azərqarant Sığorta"nın yığımları 53% artıb Hesabat dövründə şirkətin ödənişləri isə azalıb
Maliyyə
18 Noyabr , 2016 11:09
Azərqarant Sığortanın yığımları 53% artıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında "Azərqarant Sığorta" ASC-nin yığımları 323 179 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,79% çoxdur.

Hesabat dövründə "Azərqarant Sığorta"nın ödənişləri isə azalıb. Belə ki, Şirkət 10 ay ərzində 988 manat ödəniş edib. Bu isə illik müqayisədə 41,47% azdır.

Cari ilin yanvar-oktyabr aylarında "Azərqarant Sığorta" topladığı hər 100 manat sığorta haqqının 0,31 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-oktyabrında 0,8 manat olub.

Xatırladaq ki, "Azərqarant Sığorta" 1993-cü ildə yaradılmış "Şərqə Qapı Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamnamə kapitalı 5,61 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 561 manat olan 10 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% Oqtay Abbas oğlu Əliyevə (Direktorlar Şurasının sədri) məxsusdur.

"Azərqarant Sığorta" bu aydan fəaliyyətini dayandırıb. Buna səbəb Şirkətin kapital çatışmazlığı problemi ilə üzləşməsidir. Onun öhdəliklərinin yerinə yetirilməsi üçün komissiya yaradılıb. 

Son xəbərlər

Orphus sistemi