Yuxarı
    Bağlamaq

    "Azərqarant Sığorta" kreditorlarına xəbərdarlıq edib

    Kreditorlar iki ay müddətində Bakı, Nəsimi rayonu, 28 May küçəsi, 72 nömrəli ünvana müraciət edə bilərlər

    Bakı. 9 noyabr. REPORT.AZ/ Ləğvetmə komissiyası “Azərqarant Sığorta” ASC-nin kreditorlarına xəbərdarlıq edib.

    "Report" bu barədə rəsmi qəzetə istinadən xəbər verir.

    Məlumatda bildirilir ki, “Azərqarant Sığorta” ASC səhmdarın qərarı ilə öz fəaliyyətinə xitam verdiyi üçün kreditorlar tələbləri ilə iki ay müddətində Bakı, Nəsimi rayonu, 28 May küçəsi, 72 nömrəli ünvana müraciət edə bilərlər. Telefon: 493-81-02

    "Azərqarant Sığorta"nın bazarı tərk etməsi kapital çatışmazlığı problemi ilə üzləşməsidir. Şirkətin 100% səhmdarı və Direktorlar Şurasının sədri Oqtay Abbas oğlu Əliyev problemi həll edə bilmədiyi üçün sığorta bazarından çıxmağa qərar verib.

    Bundan sonra "Azərqarant Sığorta"nın öhdəliklərinin yerinə yetirilməsi üçün komissiya yaradılıb. Komissiyaya Şirkətin İdarə Heyətinin sədri Rəşad Əhliman oğlu Məmmədov rəhbərlik edir. "Azərqarant Sığorta"nın baş mühasibi Tamilla Vəli qızı Tağıyeva və Təftis Komissiyasının sədri Günel Qara qızı Xəlilova da komissiyanın tərkibinə daxil edilib.

    Xatırladaq ki, "Azərqarant Sığorta" 1993-cü ildə yaradılmış "Şərqə Qapı Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamnamə kapitalı 5,61 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 561 manat olan 10 000 səhm əsasında formalaşıb. Bu ilin yanvar-sentyabr aylarında 238 040 manat sığorta haqqı toplayan şirkət bunun cəmi 988 manatını və yaxud 0,42%-ni müştərilərinə ödəniş kimi geri qaytarıb. Son bir ildə "Azərqarant Sığorta"nın yığımları 17,45% artıb, ödənişləri isə 41,47% azalıb.

    Qeyd edək ki, bu, ilin əvvəlindən bəri Azərbaycanda bazarı tərk edən sayca 4-cü sığorta şirkətidir. Bundan əvvəl "Buta Sığorta", "Alfa Sığorta" və "Beynəlxalq Sığorta Şirkəti"nin fəaliyyətinin dayandırılmasına dair qərar qəbul edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi