Yuxarı

​"Azərkosmos"un nizamnamə kapitalı gələn il artırılacaq

Bunun üçün 2015-ci ilin dövlət büdcəsindən 5,3 mln. manat ayrılacaq

Bakı. 23 dekabr. REPORT.AZ/ "Azərkosmos" ASC-nin nizamnamə kapitalının artırılması üçün Azərbaycanın 2015-ci il dövlət büdcəsindən 5 309 066 manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub. "Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə fərmanda bildirilir.

Beləliklə, gələn il "Azərkosmos"un nizamnamə kapitalının 8,4% artırılaraq 68,920 mln. manata çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 2014-cü il dekabrın 8-də "Azərkosmos" ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb. Nominal dəyəri 20 manat olan 1 180 530 ədəd səhmdən ibarət emissiyanın ümumi həcmi 23 610 600 manat təşkil edir. Emissiyanın yerləşdirilməsində anderrayter qismində "PSG-Broker" MMC çıxış edəcək. Bu emissiyanın tam yerləşdirilməsi nəticəsində "Azərkosmos"un nizamnamə kapitalı 59% artaraq 63,611 mln. manata çatdırılacaq.

"Azərkosmos" ASC Azərbaycan prezidentinin 2010-cu il 3 may tarixli sərəncamı ilə təsis edilib. Şirkət 100% dövlətə məxsusdur, onun səhmdarı qismində isə Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi