“Azəristiliktəchizat”ın nizamnamə kapitalı 7 dəfə artırılır - YENİLƏNİB

“Azəristiliktəchizat”ın nizamnamə kapitalı 7 dəfə artırılır - YENİLƏNİB Nazirlər Kabineti “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinə dəyişikliklər barədə qərar qəbul edib
Maliyyə
5 Avqust , 2017 13:41
“Azəristiliktəchizat”ın nizamnamə kapitalı 7 dəfə artırılır - YENİLƏNİB

*** saat 03:42

Bakı. 5 avqust. REPORT.AZ/ Nazirlər Kabineti "Azəristiliktəchizat" ASC-nin nizamnaməsinə dəyişiklik edib.

"Report" xəbər verir ki, Baş nazir Artur Rasi-zadənin imzaladığı qərara əsasən, şirkətin nizamnamə kapitalı 7,1 dəfə artırılaraq 19,266 mln. manatdan 136 684 980 manata çatdırılacaq.

Bunun üçün səhmdar cəmiyyətin dövriyyədə olan, 20 manat məbləğində nominal dəyərə malik səhmlərinin sayı 963 300-dən 6 835 249-a artırılacaq.

“Azəristiliktəchizat”a, Əmlak Məsələləri Dövlət Komitəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasna bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi