Yuxarı

"Azərenerji" ASC-nin reytinqi azaldıla bilər - YENİLƏNİB

S&P agentliyi:  Azərenerjinin bu il tarifləri artırması gözlənilmir

İlk xəbər saat 09:51-də verilib

Bakı. 12 yanvar. REPORT.AZ/ "Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin uzunmüddətli kredit reytinqini "BBB-", qısamüddətli korporativ reytinqini "A-3" , proqnozunu isə "neqativ" təsdiq edib.

"Report" xəbər verir ki, Agentlik buna səbəb kimi "Azərenerji"nin borclarının 81%-nin valyuta riskinə məruz qalması ilə əlaqələndirib. 

"S&P" həmçinin "Azərenerji" ASC-nin müstəqil kredit profilini "b"-dən "ccc+"-a endirib və buna səbəb leverec əmsalının önəmli dərəcədə artması, kapitalın qeyri-dayanıqlı strukturu olub. 

Bununla yanaşı, "Azərenerji"nin kredit müşahidəsinin neqativ olduğu bildirilib və qeyd olunub ki, dövlətin fövqəladə yardımlarına ehtiyac yaranacağı təqdirdə, şirkətin reytinqi azaldıla bilər.

***

"S&P" agentliyi "Azərenerji" ASC-nin Azərbaycan dövləti tərəfindən maliyyə dəstəyi verildiyini, aşağı faizlə borc verildiyini, kapitalına likvidlik transfer edildiyini, xarici borclara zəmanət verildiyini də qeyd edib. Əlavə olaraq bildirilib ki, "Azərenerji"nin SOCAR-a olan 2 mlrd. dollar borcu da dövlət tərəfindən 2010-cu ildə silinib. Həmçinin, şirkətin müxtəlif dövlət təşkilatlarından debitor borcları da silinib.

Agentlik, 2016-cı ildə "Azərenerji"nin tarifləri artırmayacağını proqnozlaşdırır. Şirkətin istehsal gücünün artırması nəticəsində gəlirlərinin 4-5% artması ehtimal olunur. İllik kapital xərclərinin 100-120 mln. manat olacağı vurğulanaraq, kapitala dövlət dəstəyinin davam etdiriləcəyi bildirilir.

Bu il Şirkətin vergi, faiz, aşınma xərclərinədək hesablanan gəlirlərinin (EBITDA) 220-240 mln. manat, əməliyyat gəlirlərinin isə 150-170 mln. manat təşkil edəcəyi ehtimal olunur. Borcun EBITDA-ya nisbəti əmsalı 9, əməliyyat gəlirlərinin borca nisbəti isə 10% səviyyəsində proqnozlaşdırılır.

Agentlik 90 gün ərzində "Azərenerji" ASC-nin müşahidə proqnozuna qiymət verəcəyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi