​Azərbaycanla Türkiyə arasında maliyyə şəffaflığına dair memorandum təsdiqlənib

​Azərbaycanla Türkiyə arasında maliyyə şəffaflığına dair memorandum təsdiqlənib Mərkəzi Bankın yanında Maliyyə Monitorinqi Xidməti MASAK-la maliyyə xarakterli məlumatların mübadiləsi sahəsində əməkdaşlıq edəcək
Maliyyə
28 May , 2015 09:28
​Azərbaycanla Türkiyə arasında maliyyə şəffaflığına dair memorandum təsdiqlənib

Bakı. 28 may. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə xarakterli məlumatların mübadiləsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

"Report"un məlumatına görə, Mərkəzi Bankın yanında Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə xarakterli məlumatların mübadiləsində əməkdaşlığa dair 2015-ci il yanvarın 15-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Mərkəzi Bankın yanında Maliyyə Monitorinqi Xidməti bu fərmanın birinci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası hökumətinə bildiriş göndərməlidir.

Son xəbərlər

Orphus sistemi