Azərbaycanla Çexiya arasında qarşılıqlı investisiya imkanları müzakirə olunub

Azərbaycanla Çexiya arasında qarşılıqlı investisiya imkanları müzakirə olunub Azərbaycanın maliyyə naziri və Çexiyanın sənaye və ticarət nazirini qəbul edib
Maliyyə
4 Mart , 2015 18:10
Azərbaycanla Çexiya arasında qarşılıqlı investisiya imkanları müzakirə olunub

Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, S.Şərifov Azərbaycan və Çexiya arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Nazir bununla belə, əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu, ölkələrin potensialından istifadə edərək mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini qeyd edən Y.Mladek müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

Görüşdə maliyyə, energetika, nəqliyyat və dəmir yollarının yenidən qurulması, qarşılıqlı investisiya qoyuluşu, ticarət, kiçik və orta biznesin və sənayenin inkişafı, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi