Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi 26% azalıb

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi 26% azalıb Ticarət dövriyyəsindəki azalma ixrac hesabına baş verib
Maliyyə
19 İyun , 2015 12:32
Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi 26% azalıb

Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi illik müqayisədə 26,3% azalaraq 2015-ci ilin yanvar-may ayları ərzində 4 446,1 mln. ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ticarət dövriyyəsindəki azalma ixrac hesabına baş verib. Hesabat dövründə ixrac 33,25% azalaraq 3 303,6 mln. dollar, idxal isə əksinə 5,4% artaraq 1 142,5 mln. dollar olub.

Komitənin açıqladığı hesabata əsasən, Azərbaycandan cəmi ixracın 62,54%-i, məcmu idxalın isə 28,09%-i Avropa İttifaqı ölkələrinin payına düşüb.

Hesabat dövründə Azərbaycandan Avropa İttifaqı ölkələrinə ixracın 1 244,2 mln. dolları və ya 37,7%-i İtaliyaya həyata keçirilib. Bildirək ki, İtaliyaya ixracda illik 47,32% azalma qeydə alınıb. İdxal isə əksinə 2,2 dəfə artaraq cari ilin ilk beş ayı ərzində 201,1 mln. dollara yüksəlib. 

Qeyd edək ki, 2015-ci ilin yanvar-may ayları ərzində Azərbaycan 133 ölkə ilə 9 350 mln. dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Ticarət dövriyyəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,01% azalma müşahidə edilib. İdxal illik 15,91% artaraq 4 067,8 mln. dollar, ixrac 44,28% azalaraq 5 282,2 mln. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi