Yuxarı
    Bağlamaq

    Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi 41% azalıb

    Ticarət dövriyyəsinin müsbət saldosu 2,5 dəfədən çox azalıb

    Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi illik 41,3% azalaraq cari ilin yanvar-fevral ayları ərzində 1 020 423,44 min dollar təşkil edib. 

    "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə Azərbaycandan həmin ölkələrə ixrac 48,25% azalaraq 709 421,92 min dollar, idxal isə 15,49% azalaraq 311 001,52 min dollara enib. Ticarət dövriyyəsinin müsbət saldosu 2,5 dəfədən çox azalaraq 1 002 814,59 min dollardan 398 420,4 min dollara enib.

    Bildirək ki, Avropa İttifaqı ölkələrinin məcmu ixracda xüsusi çəkisi 57,98%, idxalda isə 31,74% təşkil edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi