Yuxarı

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu yanvarda kəskin azalıb

Hesabat ayında xarici ticarət dövriyyəsi 39%, o cümlədən ixrac 49% azalıb, idxal isə 7% artıb

Bakı. 6 mart. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 1 959,4 mln. ABŞ dolları, o cümlədən ixrac 1 385,2 mln. dollar, idxal 574,2 mln. dollar təşkil edib və nəticədə, 811,0 mln. dollarlıq müsbət saldo yaranıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, 2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 38,8% azalıb. O cümlədən, ixrac 48,7% azalıb, idxal 7,2% artıb, xarici ticarətdə yaranan müsbət saldo isə 61% azalıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Yanvar ayında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar ayı ilə müqayisədə 16,0% artaraq 124,2 mln. dollar təşkil edib.

Qeyd edək ki, hesabat ayında Azərbaycanın rezidentləri 99 ölkənin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 55 ölkəyə əmtəə ixrac olunub, 91 ölkədən idxal olunub. Xarici ticarət əlaqələri iştirakçılarının 40-ı Avropa, 12-si Amerika, 32-si Asiya ölkələri və digərləridir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi