Yuxarı
    Bağlamaq

    Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 5 dəfə azalıb

    Ötən ilə nisbətən idxalın həcmi 1% artıb, ixrac isə 49% azalıb

    Bakı. 21 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan xarici dövlətlərlə 18 815 373,24 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,73% azdır.

    Məlumata görə, bu ilin 11 ayında 8 196 177,79 min ABŞ dolları həcmində 6 102 adda mal idxal (43,56%), 10 619 195,45 min ABŞ dolları (56,43%) həcmində 2 391 adda mal isə ixrac edilib. Ötən ilə nisbətən idxalın həcmi 1,04% artıb, ixracın həcmi isə 48,73% azalıb.

    Nəticədə bu ilin xarici ticarət dövriyyəsindəki müsbət saldo son bir ildə 5,2 dəfə azalaraq 2 423 017,66 min dollara düşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi