Yuxarı

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 5 dəfə azalıb

Hesabat dövründə idxal 16% artıb, ixrac isə 44% azalıb

Bakı. 21 iyun. REPORT.AZ/ Cari ilin yanvar–may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 9 349,989 mln. ABŞ dolları təşkil edib. “Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2014-cü illin müvafiq dövrünə nisbətən 28% azdır.

Hesabat dövründə idxal əməliyyatlarının həcmi illik müqayisədə 15,91% artaraq 4 067,754 mln. dollara çatıb. İdxal olunan malların çeşidinin sayı isə 5 285 olub.

İxrac əməliyyatlarının həcmi 5 282,235 mln. dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,3% azdır. Çeşid sayına görə 1 424 ədəd mal ixrac olunub.

Qeyd edək ki, Azərbaycan bu il 133 ölkə ilə ticarət əməliyyatı həyata keçirib. Cari ilin xarici ticarət dövriyyəsində 121,448 mln. dollar müsbət saldo yaranıb. Bu da ötən il eyni dövrü ilə müqayisədə təxminən 5 dəfə azdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi