Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 26% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 26% azalıb Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 16,995 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Maliyyə
16 İyul , 2019 10:17
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 26% azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 16,995 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,6% çoxdur.

Altı aylıq xarici ticarət dövriyyəsinin 9,979 milyard dolları ixracın, 7,016 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,2%, idxal isə 50,6% artıb.

Son nəticədə xarici ticarətdə 2,963 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 26% azdır.

Son xəbərlər

Orphus sistemi