Azərbaycanın xarici ticarət dövriyyəsi 45% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 45% artıb Bu ilin yanvar-fevral aylarında Azərbaycan 5 317,941 milyon ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb.
Maliyyə
14 Mart , 2019 19:49
Azərbaycanın xarici ticarət dövriyyəsi 45% artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 5 317,941 milyon ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,2% çoxdur.

2 aylıq ticarət dövriyyəsinin 3 152,129 milyon dolları ixracın, 2 165,812 milyon dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 42,6%, idxal isə 49,2% artıb.

Son nəticədə xarici ticarətdə 986,317 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 30% çoxdur.

Son xəbərlər

Orphus sistemi