Yuxarı
    Bağlamaq

    Azərbaycanın xarici ticarət dövriyyəsi 11% artıb

    Bu ilin ilk 4 ayında idxal 16,5% azalıb, ixrac isə 41,1% artıb

    Bakı. 11 may.REPORT.AZ/ Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,35% artaraq 5 595,7 mln. ABŞ dollarına çatıb.

    "Report" bu barədə Dövlət Gömrük komitəsinə istinadən xəbər verir.

    Bu müddətdə idxal 16,53% azalaraq 2 164,998 mln. dollar, ixrac 41,11% artaraq 3 430,702 mln. dollar təşkil edib. Beləliklə, cari ilin yanvar-aprel ayları ərzində xarici ticarət dövriyyəsində 1 265,705 mln. dollarlıq müsbət saldo yaranıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə mənfi saldo 144,369 mln. dollar təşkil edib.

    Hesabata əsasən, Azərbaycan cari ilin ilk 4 ayı ərzində 157 ölkə ilə ticarət əməliyyatı həyata keçirib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə tərəfdaş ölkələrin sayının 3%-dən çox artması deməkdir. Bu müddətdə Azərbaycan 1 921 adda məhsul ixracı həyata keçirib, ölkəyə isə 6 298 adda məhsul idxal olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi