​Azərbaycanın xarici dövlət borcu ötən il 7% artıb

​Azərbaycanın xarici dövlət borcu ötən il 7% artıb Borcun ÜDM-ə nisbəti isə son bir ildə 0,4 faiz bəndi artıb
Maliyyə
18 Fevral , 2015 13:53
​Azərbaycanın xarici dövlət borcu ötən il 7% artıb

Bakı. 18 fevral. REPORT.AZ/Azərbaycanın xarici dövlət borcunun həcmi 2015-ci il yanvarın 1-nə 6 478,2 mln. ABŞ dolları (5 081,5 mln. manat), borcun ÜDM-ə olan nisbəti 8,6% təşkil edib. Ötən ilin əvvilinə nisbətən borcun həcmi 6,9%, onun ÜDM-ə nisbəti isə 0,4 faiz bəndi artıb.

Maliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, borc vəsaitlərinin 7,3%-i 10 ilədək, 60,2%-i 10-20 ilə, 32,5%-i isə 20 ildən artıq müddətə cəlb olunub.

Xarici borcun 9,9%-i XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları, SDR), 64,8%-i ABŞ dolları, 21,4%-i avro, 2,1%-i yapon yeni, 0,7%-i İslam dinarı, 0,5%-i BƏƏ dirhəmi, 0,4%-i Səudiyyə rialı, 0,2%-i Küveyt dinarında ifadə olunub.

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.

Son xəbərlər

Orphus sistemi