Azərbaycanın xarici dövlət borcu 7,173 mlrd. dollara çatıb

Azərbaycanın xarici dövlət borcu 7,173 mlrd. dollara çatıb Xarici dövlət borcunun ÜDM-ə olan nisbəti isə 19%-ə yaxınlaşıb
Maliyyə
24 Avqust , 2017 18:34
Azərbaycanın xarici dövlət borcu 7,173 mlrd. dollara çatıb
Report

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının xarici dövlət borcu 1 iyul 2017-ci il tarixinə 7172,6 mln. ABŞ dolları (12208,5 mln. manat), xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti isə 18,9% təşkil edib.

"Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, cari ilin əvvəlinə nisbətən borcun həcmi 3,75% artıb, onun ÜDM-ə nisbəti isə 1,5 faiz bəndi azalıb.

Qeyd olunur ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Xarici dövlət borcu, əsasən, beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Son xəbərlər

Orphus sistemi