Yuxarı
    Bağlamaq

    Azərbaycanın xaricə verdiyi kreditlərdən gəlirləri gələn il 40% artacaq

    Xarici dövlətlərə verilmiş kreditlərdən 2017-ci il dövlət büdcəsinə 51 mln. manat daxil olacaq

    Bakı. 25 noyabr. REPORT.AZ/ Xarici dövlətlərə verilmiş kreditlərdən Azərbaycanın dövlət büdcəsinə 2017-ci il 50,8 mln. manat həcmində vəsait daxil olacaq. 

    "Report" xəbər verir ki, bu barədə 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə Hesablama Palatasının verdiyi rəydə bildirilir.

    Xarici dövlətlərə verilmiş kreditlər üzrə büdcəyə daxilolmaların 2016-ci ilin analoji proqnozu ilə müqayisədə 39% artacağı nəzərdə tututub. Xarici dövlətlərə verilmiş kreditlərdən daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisi 0,3% təşkil edəcək.

    Qeyd edək ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 15 955,0 mln. manat məbləğində proqnozlaşdırılır. Bu, 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1 543,0 mln. manat və ya 8,8%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 867,0 mln. manat və ya 5,2% azdır. 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbətinin 26,0% təşkil edəcəyi proqnozlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi