Azərbaycanın xaricə verdiyi kreditlərdən gəlirləri 2 dəfə artacaq

Azərbaycanın xaricə verdiyi kreditlərdən gəlirləri 2 dəfə artacaq Xarici dövlətlərə verilmiş kreditlər büdcə gəlirləri gələn il 51 mln. manata çatacaq
Maliyyə
29 Sentyabr , 2016 17:42
Azərbaycanın xaricə verdiyi kreditlərdən gəlirləri 2 dəfə artacaq

Bakı. 29 sentyabr. REPORT.AZ/ Xarici dövlətlərə verilmiş kreditlər üzrə 2017-ci ildə Azərbaycanın dövlət büdcəsinə 50,815 mln. manat daxil olacaq. 

"Report"un verdiyi xəbərə görə, bu barədə 2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrində qeyd olunub.

Beləliklə, əvvəlki illə müqayisədə bu istiqamətdə daxilolmalar 98,9% artıb.

Qeyd edək ki, 2016-cı ilin ilkin büdcəsində bu göstərici 25,553 mln. manat həcmində nəzərdə tutulub. Daha sonra isə dəqiqləşdirilmiş büdcədə bu göstərici 36,553 mln. manata qədər artırılıb.

Beləliklə, dəqiqləşdirilmiş büdcə ilə müqayisədə gəlilərin artımı 39% təşkil edib. Belə ki, 2016-cı ilin dəqiqləşdirilmiş büdcəsində bu istiqamətdə gəlirlər əvvəl təsdiqlənmiş gəlirlərlə müqayisədə 43,1% artırılmışdır.

Son xəbərlər

Orphus sistemi