Azərbaycanın vergilər naziri vergitutma bazasının genişləndirilməsini təklif edib

Azərbaycanın vergilər naziri vergitutma bazasının genişləndirilməsini təklif edib Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycanda bəzi vergi ödəyiciləri vergiyə gəlirlərinə və xərclərinə görə deyil, dövriyyələrinə uyğun cəlb edilib. Bu isə mənfi amildir. 
Maliyyə
13 Fevral , 2018 11:45
Azərbaycanın vergilər naziri vergitutma bazasının genişləndirilməsini təklif edib
Vergilər naziri Mikayıl Cabbarov / Report/ Firi Salim

Bakı. 13 fevral. REPORT.AZ/ "Azərbaycanda bəzi vergi ödəyiciləri vergiyə gəlirlərinə və xərclərinə görə deyil, dövriyyələrinə uyğun cəlb edilib. Bu isə mənfi amildir". 

"Report" xəbər verir ki, bunu Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər, şəffadlıq, inkişaf" adlı konfransda çıxış edən vergilər naziri Mikayıl Cabbarov deyib.

O, vergitutma bazasının genişləndirilməsinin tərəfdarı olduğunu deyib: "Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı vergi ödəyicisi arasında fərq qoyulmalıdır. Vicdanlı vergi ödəyicisi səhv edə bilər və biz ona bir də bu səhvi təkrar etməməsi üçün dəstək olmalıyıq".

Son xəbərlər

Orphus sistemi