Azərbaycanın tədiyyə balansında rüblük profisit 2 dəfədən çox artıb

Azərbaycanın tədiyyə balansında rüblük profisit 2 dəfədən çox artıb İlk yarımillikdə tədiyyə balansı 1,43 mlrd. dollar profisitlə tamamlanıb
Maliyyə
18 Sentyabr , 2017 13:32
Azərbaycanın tədiyyə balansında rüblük profisit 2 dəfədən çox artıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanın 2017-ci ilin II rübündə tədiyyə balansı 966 mln. ABŞ dolları həcmində profisitlə tamamlanıb. 

"Report" xəbər verir ki, ilk rübdə bu profisit 464 mln. dollara bərabər olub. Nəticədə, II rübdə tədiyyə balansında yaranan profisit rüblük müqayisədə 2,1 dəfə artıb. Qeyd edək ki, yarımillik profisit isə 1 430 mln. dollara yüksəlib.

Xatırladaq ki, 2014-cü ilin son rübündən etibarən Azərbaycanın tədiyyə balansı kəsirlə tamamlanmağa başlayıb və bu durum 2016-cı ilin ilk rübünə qədər davam edib. Ötən ilin II rübündə stabilləşmə bərpa olunub və tədiyyə balansı 18 mln. dollar həcminə profisitlə yekunlaşib. Həmin ilin III rübündə profisit 62 mln. dollar, IV rübdə 651 mln. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi