Azərbaycanın sığorta və təkrarsığorta brokerinin aktivləri 47% azalıb

Azərbaycanın sığorta və təkrarsığorta brokerinin aktivləri 47% azalıb Bakı. 29 mart. REPORT.AZ/ “Societe de courtage” MMC sığorta və təkrarsığorta brokerinin cəmi aktivləri bu il yanvarın 1-nə 1,429 mln. manat təşkil edib.
Maliyyə
29 Mart , 2018 14:17
Azərbaycanın sığorta və təkrarsığorta brokerinin aktivləri 47% azalıb

Bakı. 29 mart. REPORT.AZ/ “Societe de courtage” MMC sığorta və təkrarsığorta brokerinin cəmi aktivləri bu il yanvarın 1-nə 1,429 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 46,8% azdır.

2017-ci ildə “Societe de courtage”in öhdəlikləri 50,9% azalaraq 1,133 mln. manata, cəmi kapitalı isə 21,4% azalaraq 296 min manata düşüb.

Ötən il sığorta və təkrarsığorta brokerinin gəlirləri 334 min manat (əvvəlki ilə nisbətən 6,5% çox), xərcləri 315 min manat (0,3% çox) təşkil edib. Son nəticədə, şirkətin maliyyə mənfəəti təxminən 19 min manat olub (bundan əvvəl 800 manat maliyyə zərərinə uyrayıb). 

2017-ci ildə “Societe de Courtage” 2016-cı illə müqayisədə 2,7 dəfə çox - təxminən 7 min manat mənfəət vergisi ödəyib və ili təxminən 11 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2016-ci ildən 3,5 min manat xalis zərərlə çıxmışdı. 

Xatırladaq ki, “Societe de Courtage” 2006-cı ildən Azərbaycanda fəaliyyət göstərir, Fransa kapitallı şirkətdir. Onun nizamnamə kapitalı 155,8 min manatdır (o vaxtın məzənnəsi ilə 170 min ABŞ dolları).

Son xəbərlər

Orphus sistemi