Azərbaycanın sığorta brokeri xalis mənfəətini 2 dəfədən çox artırıb

Azərbaycanın sığorta brokeri xalis mənfəətini 2 dəfədən çox artırıb Bakı. 31 mart. REPORT.AZ/ “Şəbəkə Sığorta Brokeri” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 277 min manat təşkil edib.
Maliyyə
31 Mart , 2018 12:16
Azərbaycanın sığorta brokeri xalis mənfəətini 2 dəfədən çox artırıb

Bakı. 31 mart. REPORT.AZ/ “Şəbəkə Sığorta Brokeri” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 277 min manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 81% çoxdur.

2017-ci ildə “Şəbəkə Sığorta Brokeri”nin cəmi öhdəlikləri 20,5% artaraq 135 min manata, cəmi kapitalı isə 3,4 dəfə artaraq 142 min manata çatıb.

Ötən il şirkətin gəlirləri 1,339 mln. manat (əvvəlki ilə nisbətən 3,5 dəfə çox), xərcləri 1,212 mln. manat (3,7 dəfə çox) təşkil edib. Son nəticədə “Şəbəkə Sığorta Brokeri”nin maliyyə mənfəəti 127 min manat olub ki, bu da illik müqayisədə 2,45 dəfə çoxdur.

2017-ci ildə şirkət 2016-cı ilə nisbətən təxminən 3 dəfə çox – 27 min manat mənfəət vergisi ödəyib və ili 100 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 2,4 dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi