Azərbaycanın sığorta bazarında təmərküzləşmə zəifləyib

Azərbaycanın sığorta bazarında təmərküzləşmə zəifləyib Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycanda toplanılan sığorta haqlarının məbləğinə görə ilk 5-liyə daxil olan sığorta şirkətlərinin bazar payı bu ilin III rübündə azalıb.
Maliyyə
30 Oktyabr , 2018 17:25
Azərbaycanın sığorta bazarında təmərküzləşmə zəifləyib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Azərbaycanda toplanılan sığorta haqlarının məbləğinə görə ilk 5-liyə daxil olan sığorta şirkətlərinin bazar payı bu ilin III rübündə azalıb.

Bu barədə “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Söhbət “PAŞA Sığorta”, PAŞA Həyat Sığorta”, “Atəşgah Sığorta”, “Atəşgah Həyat Sığorta” ASC-lərdən, eləcə də Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindən (“Azərsığorta”) gedir. Adları çəkilən şirkətlərin bu ilin yanvar-sentyabr aylarında ümumilikdə 426,6 mln. manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 75,1%-i deməkdir. Bu nisbət yanvar-iyun aylarının yekununda 78,4%, yanvar-mart aylarının yekununda 76,2%, ötən ilin yekununda 66,7%, 1 il bundan əvvəl, yəni 2017-ci ilin yanvar-sentyabr aylarının yekununda isə 68,25% təşkil edib.

Göründüyü kimi, ötən ilin IV rübündə sığorta bazarında təmərküzləşmə zəifləsə də, bu ilin I və II rüblərində yeni güclənib. III rübdə isə vəziyyət dəyişib. 

Son xəbərlər

Orphus sistemi